Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR

Toy qərarından sonra restoranlarda kəskin bahalaşma - QİYMƏTLƏR
Azərbaycanda iyulun 1-dən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. 

Şərtlərə əsasən, şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) ya 50 nəfərə qədər vaksin pasportu tələb olunmadan tibbi maskadan istifadə edilməklə və ya 150 nəfərə qədər COVID pasportu ilə keçirilə bilər. 

Qərarın ardından toy mərasimlərində iştirakçı sayı üzrə qoyulan limitin aşağı olmasının uzun müddətdir işləməyən şadlıq saraylarının zərərini kompensasiya etməyəcəyi deyilir. Elə bu səbəbdən şadlıq saraylarının xidmət üzrə müəyyən etdiyi qiymətləri artıracağı müzakirə mövzusuna çevrilib.

Şadlıq saraylarında mövcud vəziyyət, qiymətlərlə bağlı yenilikləri müəyyən etmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. 

"Şahənşah" şadlıq sarayından sualımıza cavab olaraq bildirildi ki, maksimum iştirakçı sayı 150 nəfər müəyyən olunduğundan qiymətlər 60 manatdan başlayır:

"Əgər iştirakçı sayının daha çox olmasına icazə verilərsə, qiymətlər də aşağı enər. Daha əvvəl qiymət 40-45 manat müəyyən olunmuşdu. Zalımız böyük olduğundan daha əvvəl 150 nəfərlik toyların keçirilməsinə razılıq vermirdik. İndi isə qanun belə tələb etdiyindən razılaşmaq məcburiyyətindəyik". 

"Gilavar" şadlıq sarayından isə bildirildi ki, masa qiyməti 50-60 manatdır:

"Ötən il bir masada 12 nəfər otururdu, indi isə 6 nəfər oturur. Bu səbəbdən daha əvvəl endirim edə bilirdiksə, indi edə bilmirik". 

"Sultan" şadlıq sarayından isə deyildi ki, masa qiyməti 50 manat müəyyən olunub. İştirakçı sayının aşağı olması və 150 nəfərlik limit qiymətin artmasına səbəb olub. Həmçinin əlavə xərclər də ortaya çıxır. 

Bir sıra digər şadlıq sarayları ilə də əlaqə saxladıq və analoji vəziyyət həmin restoranlarda da qeydə alındı.

İqtisadçı ekspert Natiq Cəfərli "Ölkə.az”a açıqlamasında bildirdi ki, prosedur qaydalarının çox sərt olması, həmin qaydalara uyğun toy keçirmək istəyənlərin sayını azaldacaq. Ekspertin sözlərinə görə, 150 nəfərlik say məhdudiyyətinin olması restoranlarda, şadlıq saraylarında qiymətlərin kəskin artması ilə nəticələnəcək:

"Çünki onların da əlavə xərcləri yaranır. Belə ki, COVID-lə bağlı dezinfeksiya tədbirləri, yer məhdudiyyətinin olması maya dəyərinin artmasına səbəb olur. Bununla da bir nəfər üzrə yer pulunun maya dəyəri də artacaq ki, bu da qiymətləri yüksəldəcək”. 

Ekspert əlavə etdi ki, 500-600 nəfərlik zallara malik olan şadlıq saraylarında 150 nəfərlik toy məclisi keçirmək sərfəli deyil və kifayət qədər baha başa gələcək:

"Çünki işçi sayı, ora sərf olunan elektrik enerjisi, kommunal xidmətlərin həcmi eyni qalacaq. Lakin qonaq sayı az olacaqsa, təbii ki, qiymətlər də artacaq”.


Ölkə.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...