Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü

Putin əfsanəvi Ənvər Məmmədovun nəvəsinin namizədliyini irəli sürdü
Rusiya Prezidenti Vladimir Putin senator Sergey Məmmədov və "Strateji Araşdırmalar Mərkəzi” Fondunun vitse-prezidenti Natalya Trunovanın Hesablama Palatasının auditorları vəzifəsinə namizədliyini irəli sürüb.

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov bildirib.

Haqqin.az qeyd edir ki, Sergey Məmmədov əfsanəvi azərbaycanlı jurnalist, 1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Ənvər Məmmədovun nəvəsi, məşhur SSRİ və Rusiya diplomatı, 1997-2003-cü illərdə Rusiya xarici işlər nazirinin müavini olmuş Georgi Məmmədovun oğludur. Sergey Məmmədovun özü 2011-ci ildən Rusiya Federasiya Şurasının üzvüdür.

Güman edilir ki, Məmmədov Hesablama Palatasının auditoru vəzifəsində səlahiyyətlərini may ayında bitirmiş Tatyana Blinovanı, Trunova isə Mixail Meni əvəz edəcək.

Profil Komitəsi hər iki namizədi dəstəkləyib və Federasiya Şurasına bu məsələyə iyunun 23-də keçiriləcək plenar iclasda baxılmasını təklif edib.

Ənvər Məmmədov

Georgi Məmmədov

Sergey Məmmədov

("Qafqazinfo”)


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...