Vətəndaş “şortik” geyindiyinə görə notariusa buraxılmadı

Vətəndaş “şortik” geyindiyinə görə notariusa buraxılmadı
Bakı şəhər sakini Azər Kərimov "şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını deyir.

Sfera.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya müraciət edən A. Kərimov adıçəkilən problemlə Nəsimi rayonu 54 saylı notariat kontorunda qarşılaşdığını bildirib. O qeyd edib ki, hadisə 10 gün qabaq baş verib:

"İdarəyə etibarnamə almaq üçün getmişdim. Əynimdə də "şortik” var idi. Bu zaman notariusun köməkçisi yaxınlaşıb dedi ki, bu geyimdə məni içəri buraxa bilməz.

Ona belə bir qadağanın olmadığını izah etsəm də, yenə də polisə göstəriş verdi ki, məni içəri buraxmasınlar. ASAN Xidmətə də "şortik”də getmişəm. Heç nə deyən olmayıb. Məcburən yoldaşım ora yaxınlaşdı. Ancaq sənədlər mənimlə bağlı olduğuna görə məsələmiz həll edilmədi. Mən tələsik həll etməli olduğum məsələyə görə əlavə vaxt itirdim və başqa notarius xidmətinə müraciət etməli oldum”.

"Qafqazinfo” vətəndaşın qarşılaşdığı problemlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Mətbuat Xidmətindən bildirilib ki, bu günlərdə sözügedən notariat konturunda belə bir hadisə baş verməyib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...