Logo

Azərbaycan ən ucuz ölkələrin “TOP-10” reytinqində

Azərbaycan ən ucuz ölkələrin “TOP-10” reytinqində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Numbeo” portalı tərəfindən yaşayış və səyahət üçün dünyanın ən ucuz və bahalı ölkələrinin reytinqi hazırlanıb. Siyahıda ümumilikdə 122 ölkə yer alıb.

Oxu.Az "dixinews.kz” istinadən xəbər verir ki, yaşayış imkanları ucuz ölkələr onluğunda Azərbaycan 9-cu yerdə qərarlaşıb.

Siyahıya əsasən, yaşayış üçün ən ucuz həyat Hindistandadır. Onluqda yer alan digər ölkələr Moldova, Pakistan, Qazaxıstan, Nepal, Ukrayna, Gürcüstan, Əlcəzair, Kolumbiyadır.

Yaşayış və turizm üçün ən bahalı ölkələr siyahısında isə Bermud adaları, İsveçrə, Baham adaları, Norveç, İslandiya, Danimarka, Sinqapur, Lüksemburq, Küveyt, Honq Konq yer alır.

Reytinqin hazırlanması zamanı 50 əmtəə və xidmətlərin - qidalanma, daşınmaz əmlakın icarəsi, restoranların orta qiyməti, taksilərin qiyməti, asudə vaxtın təşkili, kommunal xidmətlərin və mobil telefonların qiymətləri nəzərə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR