Logo

Bağlanan iki avtobus işini bərpa etdi

Bağlanan iki avtobus işini bərpa etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı şəhərində iyunun əvvəlində "Xaliq Faiqoğlu” şirkətinin bağlanan avtobus marşrut xətlərinin fəaliyyəti bərpa olunub. 

Bağlanan üç marşrut xəttindən ikisi yenidən eyni hərəkət trayektoriyası ilə iş qrafiklərini icra edir. Bərpa olunan xətlər 18 və 96 nömrəli marşrutlardır. 

Qeyd edək ki, adıçəkilən xətlərin fəaliyyətinin bərpa olunmasına dair Bakı Nəqliyyat Agentliyinin rəsmi qərarı hələlik açıqlanmayıb.

Xatırladaq ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyinin qərarı ilə şirkətə məxsus üç marşrut xəttinin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik bu qərarını daşıyıcının Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi ilə əsaslandırmışdır./bizimyol.info/
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR