Logo

ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur

ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR