Logo

Füzulidə 3 maşın toqquşdu, 2 nəfər öldü

Füzulidə 3 maşın toqquşdu, 2 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində yol qəzası baş verib.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, iyunun 18-də saat 9 radələrində Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi "QAZel”, Beyləqan rayon sakinləri - C. Camalovun idarə etdiyi "VAZ-21154” və V. Süleymanovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A. Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR