Şoyqu: Rusiya-Azərbaycan hərbi əməkdaşlığı yüksək səviyyədədir
Kateqoriya məlum deyil
Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb.
Azərbaycanlı həmkarı ilə görüşdən razı olduğunu bildirən S.Şoyqu qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.
Həmçinin Zakir Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri S.Şoyqunu ölkəmizə səfərə dəvət edib.






