Komaya düşən Vətən müharibəsi qazisi vəfat etdi
Kateqoriya məlum deyil
Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.
Bu barədə Sfera.az-a Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Z. Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.
Xatırladaq ki, Z. Şahhüseynli müharibədə beyin damarından kontuziya alıb . Buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə alıb. Tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan Zeynal iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.






