Bakıda "Son zəng" belə qeyd olundu - VİDEO
Oxudular-oynadılar, bir-birlərinə olan arzularını köynəklərinə yazdılar. On birincilər məktəblə belə vidalaşdılar.
Hər gün dəfələrlə eşitdikləri məktəb zəngi bu gün sonuncu dəfə onlar üçün səsləndi.
"Son zəng" olsun və yazılı köynəklər olmasın? Məzunların bəziləri öz arzularını qəlblərinə sığdıra bilmədilər və bu zaman qələmlər işə düşdü.
Məzunlar 11 illik bərabərliyə son qoyarkən valideyn və müəllümləri də həyəcanlı idi.
Bu il məktəblərin 9-cu siniflərini 110 min 222, 11-ci siniflərini 88 min 591 şagird başa vurub.
Məktəblərdə keçirilən "Son zəng" mərasimində bir-birindən maraqlı ədəbi-bədii nömrələr ifa olunub. Birincilər isə məzunları öz hazırladıqları maraqlı çıxışları ilə təbrik ediblər.
Şuşa şəhər 1 nömrəli orta məktəbin "Son zəng" tədbirində iştirak edən təhsil naziri Mikayıl Cabbarov da məzunları təbrik edib.
Təhsil naziri dərs ilinin iyunun 14-də başa çatması ilə bağlı narazılıqlara münasibət bildirib.
Növbəti dərs ilində orta məktəblərin birinci siniflərinə 164 min 33 şagirdin qəbul olunacağı gözlənilir.
Sfera.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






