Logo

Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edildi

Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Sfera.az bildirir ki, mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:

•101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Türkan” çimərliyinədək;

•107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Buzovna” çimərliyinədək;

•146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Şüvəlan” çimərliyinədək;

•179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Pirşağı” çimərliyinədək;

•180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Zirə” çimərliyinədək;

•182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Mərdəkan” çimərliyinədək;

•189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhic” bağlarına qədər təşkil ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR