Logo

Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiymətində cüzi ucuzlaşma olub.

Dünən 31.14 dollar olan “Brent” markalı neftin qiyməti bir neçə sent ucuzlaşaraq 30.31 dollar olub.

“Texas” markalı neftin qiyməti də bir qədər ucuzlaşıb. Belə ki, ötən gün səhər 30.84 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 30.66 dollara düşüb.

“AzəriLayt” markalı neft isə 0.89 dollar ucuzlaşıb. Bir barelin qiyməti 31,92 dollar təşkil edib.

Qızılın qiymətində isə cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,15 dollardır. Ötən gün isə 34,87 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Yanvarın 13-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində olub. Avronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.6980 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0203 manata enib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 14.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində müəyyən olunub.(anspress.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR