Logo

Bakıya uçuş biletlərinin qiymətlərində ciddi artım

Bakıya uçuş biletlərinin qiymətlərində ciddi artım
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına Türkiyədən böyük maraq var.

Sfera.az xəbər verir ki, Türkiyə yığmasının oyunlarını stadiondan izləmək istəyən yerli azarkeşlər təyyarə biletlərinə böyük maraq göstərirlər.

Türkiyə yığmasının xüsusilə, iyunun 16-da Uels və 20-də İsveçrə ilə oynayacağı oyunlar üçün Bakıya aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub. "Enuygun.com” səyahət portalının eksperti Tuğba Hacıbayramoğlu aviabiletlərdə qiymət artımı ilə bağlı bunları deyib:

"Millimizin qrupdakı Uels və İsveçrə ilə oyunları Bakıda olacaq. Hər iki oyun üçün Bakıya təyarrə biletlərinə böyük maraq var. İyunda Azərbaycana aviabilet axtarışında 5 qat, bu tarixlər üçün qiymətlərdə isə 130 faizlik artım var. Biletlərin bu tarixlərə olan əvvəlki qiymətləri ortalama 850 TL (171, 445 manat) idisə, indi 2,098 TL-dir (423,16 manat) ".

Türkiyə yığması AÇ-2020-nin qrup mərhələsinin ilk matçında bu gün İtaliya ilə qarşılaşacaq. Romada keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Türkiyə yığması iyunun 16-də Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.

(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR