Logo

Mərdəkanda döyüşə yararlı əl qumbarası aşkarlandı - VİDEO

Mərdəkanda döyüşə yararlı əl qumbarası aşkarlandı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilib.

Sfera.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı "F-1” əl qumbarası aşkarlanıb.

Sursat zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR