Logo

Kəmaləddin Heydərov əmr imzaladı, qərargah yaradıldı

Kəmaləddin Heydərov əmr imzaladı, qərargah yaradıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
UEFA Avropa Çempionatının bir neçə oyununun Bakı şəhərində keçiriləcəyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.

FHN-dən Sfera.az-a verilən məlumata görə, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb.

Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb. Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR