Baş Prokurorluq: Orduya dəstək aksiyasında insidentə görə şərti cəza verilə bilər
Kateqoriya məlum deyil
Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib.






