Logo

Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin TƏFƏRRÜATı

Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin TƏFƏRRÜAT ı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.

Sfera.az-ın məlumata görə, hadisə iyunun 9-da rayonun Sofikənd kəndində qeydə alınıb.

Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb.

Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. // "Report"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR