Əli Əsədov Avro-2020 ilə bağlı müşavirə keçirdi
Kateqoriya məlum deyil
İyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Avro-2020 futbol çempionatının Bakı şəhərində keçiriləcək dörd final oyununun təşkili ilə bağlı video-konfrans formatında müşavirə keçirilib.
Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilmişdir.






