Atmosferə atılan çirkləndirici maddələr kəskin azalıb
Kateqoriya məlum deyil
2020-ci ildə Azərbaycanda atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı kəskin şəkildə azalıb. 2019-cu ildə 1,22 milyon ton çirkləndirici maddə atıldığı halda ötən il atılan çirkləndirici maddələrin miqdarı 33,7 faiz azalaraq 810 min tona enib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dərəcədə azalmanın baş verməsinin əsas səbəbi avtonəqliyyat vasitələrindən atılan çirkləndirici maddələrin miqdarının xeyli azalmasıdır. Ötən il avtonəqliyyat vasitələrindən 661 min ton çirkləndirici maddə atılıb ki, bu da əvvəlki ildəki göstəricidən 284 min ton, yəni 30 faiz azdır.
2021-ci ildə stasionar mənbələrdən ətraf aləmə atılan çirkləndirici maddələrin miqdarında da azalma baş verib. İllik müqayisədə azalma 29 min ton olub. Ötən il stasionar mənbələrdən 149 min ton çirkləndirici maddə atılıb.
Vasif
Sfera.az






