Logo

Bakıda yanğın baş verən fabrikə 1 milyon dollar sığorta ödəndi

Bakıda yanğın baş verən fabrikə 1 milyon dollar sığorta ödəndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən ilin iyul ayında Bakının Binəqədi rayonunda yanğın baş vermiş boya fabrikinə 1,7 milyon manat (1 milyon ABŞ dolları) sığorta ödənişi verilib.

Sfera.az-a daxil olan məlumata görə, bu, sığorta sektorunun tarixində ən iri sığorta ödənişlərindən biridir.

Bununla belə, həmin məbləğ faktiki olaraq tam məhv olmuş fabrikin dəyərinin kiçik bir hissəsidir. Zərərin tam ödənilməməsinə səbəb obyektin real dəyərindən aşağı sığortalanmasıdır. Belə ki, tam sığorta 55 min manata başa gəlsə də, fabrikin rəhbərliyi natamam sığortaya üstünlük verərək sığorta haqqını 7 min manata endirib. Son nəticədə 20 milyon manatlıq zərərin heç 10%-i qarşılanmayıb. Başqa sözlə, sığorta haqqında 48 min manat qənaət etmiş fabrik təxminən 18 milyon manat zərərə düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR