Logo

“Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli

“Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Media orqanının hansısa nazirliyin, hökumət qurumunun verdiyi materialı olduğu kimi – şəkillər, ordakı bəlağətli ifadələrlə birlikdə yayımlamaq kimi öhdəliyi yoxdur. Mətbuat özü bu barədə qərar verir”.

Bunu Sfera.az-a açıqlamasında tanınmış jurnalist, professor Qulu Məhərrəmli ötən gün Səbail rayonunda yerləşən kitab mağazlarının birindən kitab oğurlayan gənclərin fotolarını yayımlayan və buna görə ciddi tənqid olunan media haqqında danışarkən deyib. O bildirib ki, həmçinin nazirliyin də bütün hadisələrin şəkillərini təqdim etməklə bağlı məcburiyyəti yoxdur:

"Qurum fotoları öz səhifəsində ürəyi istədiyi kimi yayımlaya bilər. Əlbəttə, dramatik bir şey və.s varsa, medianın şəkillərdən məqsədli formada istifadəsi mümkündür. Amma uyğun hesab etmədiyi halda yayımlaması məcburi deyil. Ümumiyyətlə, elə xəbərlər var ki, şəkilə ehtiyac olmur.

Kitab oğurlamaq məsələsinə gəlincə, həmin şəxslərin fotolarının verilməsinin nə mənası var? Əksinə, müzakirələrdən belə başa düşürəm ki, o adamlara müəyyən rəğbət yaradır. Heç kimin göstəriş və ya əmr vermək ixtiyarı yoxdur ki, o şəkilləri paylaşasınız”.

Q.Məhərrəmli qeyd edib ki, Azərbaycanda xeyli qeyri-peşəkar media ortaya çıxıb: "Hesab edirlər ki, nə gördülər, necə gördülər verə bilərlər. Uşaq, qadın şəkilləri, hər hansı məkanla bağlı ümumi görüntülər (çünki uyğun olmaya bilər) və.s verilməməlidir. Media peşəkarlıq, xüsusi həssaslıq yaradır. Təcrübəli media adamları şəkillərlə bağlı diqqətli davranır. Xəbər üçün önəmli olan dəqiqlik,, qərəzsizlik, dolğunluqdur”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR