Fransa senatoru mina xəritələrinin Azərbaycana verilməsini tələb edir
"Azərbaycan 1992-ci ildən bəri Ermənistanın qanunsuz olaraq işğal etdiyi ərazilərə nəzarəti bərpa etdikdən sonra çətin bir vəziyyətlə üzləşib. Əslində, uzun illər ərzində Avropa Şurası Parlament Assambleyasının çoxsaylı tövsiyələrinin mövzusu olan dağıntılarla yanaşı ərazilərin minalardan təmizlənməsi məsələsi də olduqca vacibdir.
Ermənistan, beynəlxalq hüquq normalarına zidd olaraq, minaların yerləşdirilməsi xəritələrini verməkdən imtina edir. Qanunsuz olaraq işğal etdikləri Laçın, Ağdam, Kəlbəcər və digər əraziləri tərk edərkən məğlub olduqlarını bilən ermənilər əraziləri minalayıblar. Bu xəritələrin verilməməsi səbəbindən, piyada və tank əleyhinə minaların partlaması nəticəsində 20 mülki şəxs həyatını itirib və daha 85 nəfər ağır yaralanıb.
Ermənistanın xəritələri Azərbaycan hökumətinə təqdim etməsi üçün Fransa hökümətinin hansı addımları atmaq istədiyinibilmək istərdim və bununlabağlı Avropa və Xarici İşlər Nazirliyindən cavab gözləyirəm”.
Millət vəkili onu da qeyd edib ki, senator Natali Qule Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bütün müddət ərzində ermənilərin işğal siyasətinə qəti etiraz edən və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini ardıcıl olaraq dəstəkləyən Fransa siyasətçisidir. Azərbaycanın etibarlı dostu Natali Qule 25 noyabr 2020-ci ildə Fransa Senatında müzakirə olunaraq Azərbaycan əleyhinə qəbul olunmuş qərəzli Qətnamənin əleyhinə səs vermis yeganə senator olmuşdu.






