Logo

86 yaşlı kişi özünü su kanalına ataraq intihar etdi

86 yaşlı kişi özünü su kanalına ataraq intihar etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR