Logo

Rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ

Rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Sfera.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında iyunun 05-i axşamdan 06-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə iyunun 05-i axşamdan 07-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR