Logo

Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA

Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib.

Özünü qanunsuz tikilinin sahibi kimi təqdim edən dünya və Avropa çempionu Araz Musayevlə bağlı FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayoru Hikmət Abbasov açıqlama verib.

General bildirib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari Sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi  Araz Musayevin əməlləri araşdırılır: "Onunla bağlı yekun qərar araşdırıldıqdan sonra yaxın günlərdə nazirlik tərəfindən qəbul ediləcək". // Unikal.org

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR