"Sabah" Ruslan Abışovla yolları ayırdı
Kateqoriya məlum deyil
"Sabah” klubu futbolşusu Ruslan Abışovla yollarını ayırıb.
Sfera.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Kapitan 2019-cu ilin yayında "Neftçi"dən "Sabah"a keçib.
Klub Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.






