Logo

Ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdi

Ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xocalıda ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə "Facebook" hesabında məlumat paylaşıb.

"Onu Mingəçevirdə icra hakimiyyətində işləyən dövrdən tanıyırdım. Sakit, abırlı bir insan idi. Heç vaxt heç nədən şikayət etməzdi, heç nə istəməzdi, sadəcə salamlaşmağa, əhval tutmağa gələrdi. 26 fevral 1992-ci ildə Xocalıda ermənilər onun bütün ailəsini öldürmüşdülər. Heç vaxt o hadisələrdən danışmazdı, amma gözlərində dərin bir kədər var idi. Xocalını görmək istəyirdi, evinin qapısını açmaq arzusunda idi", - deyə deputat bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR