Logo

Nazir bir qrup şəxsi təltif etdi

Nazir bir qrup şəxsi təltif etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2 iyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə ölkəmizin mülki aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan bir qrup şəxs "Mülki aviasiya sahəsində xidmətlərinə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sfera.az-a bildirilib ki, bununla əlaqədar nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, "Aviation Services Group” MMC, "Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan Beynəlxalq Hava Limanı, "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs, "Azərbaycan Hava Yolları” QSC, "Silk Vey Vest Aviaşirkəti” MMC, "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi üzrə cəmi 12 nəfər təltif olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR