Logo

Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək

Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.

Bu barədə Sfera.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verirb.

Sabahdan 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə "BakıKart” balansının artırılması üçün POS- terminallar quraşdırılıb:

- Səfəvilər küçəsi 70;

- Gülüstan küçəsi 47A;

- Sabunçu qəs-Şəhər şosesi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR