Logo

Azərbaycan və Ermənistan generalları bu gün Moskvada görüşəcək - Sərhəddə baş verənlər müzakirə olunacaq

Azərbaycan və Ermənistan generalları bu gün Moskvada görüşəcək - Sərhəddə baş verənlər müzakirə olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Moskvada Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə baş verən hadisələri müzakirə edəcəklər.

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycanı Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanovun təmsil edəcək.

Müzakirədə Rusiyanın sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradovun da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR