Logo

Deputatlardan şəhid və qazi övladları üçün təşəbbüs - FOTO

Deputatlardan şəhid və qazi övladları üçün təşəbbüs - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin deputatları Ramin Məmmədov və Şahin Seyidzadənin təşəbbüsü ilə Abşeron və Sabirabad rayonlarında yaşayan şəhid və qazi ailələrinin övladları 1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibəti ilə gəzintiyə çıxarılıb.

Sfera.az-ın məlumatına görə, 50 saylı Abşeron-Qobustan və 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə deputatlar Vətən müharibəsi şəhidləri və qazilərinin övladları ilə 1 İyun tarixində Bakı şəhərinə səfər keçiriblər.

Öncə Fəxri Xiyaban, daha sonra Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət edilib, həmçinin Bakı Kitab Mərkəzində əməkdar artist Bəhram Bağırzadə ilə uşaqların görüşü təşkil olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR