Logo

BNA 47 nəfər könüllü seçdi

BNA 47 nəfər könüllü seçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə müsahibə mərhələsi başa çatıb.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, müraciət edən 400 nəfər namizəddən 168 nəfər müsahibə mərhələsinə seçilib və 47 nəfəri uğur qazanaraq könüllülük proqramına qəbul olunub.

Seçilən könüllülər Agentliyin struktur bölmələrində, eləcə də tabeli qurumların fəaliyyətlərinə cəlb olunacaq. Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər "Nəqliyyat Könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq. Xatırladaq ki, bu sayca üçüncü könüllülük proqramıdır. 2020-ci ildə keçirilən proqram çərçivəsində 60 nəfər iştirak edib. 36 nəfər məzun adını qazanıb, 4 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR