Logo

Lovçen zirvəsində bayrağımız dalğalandırıldı - FOTO

Lovçen zirvəsində bayrağımız dalğalandırıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Monteneqronun dövlətçilik rəmzi hesab edilən Lovçen dağının zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, mərkəzin direktoru Seyran Mirzəzadə bildirib ki, 28 May – Respublika Günü münasibətilə soydaşlarımız monteneqrolu dostları ilə birlikdə Lovçen dağının ən yüksək zirvəsində yerləşən Milli Parkı və Monteneqro hökmdarı II Petar Petroviç Nyeqoşun məqbərəsini ziyarət ediblər. Aksiya zamanı Azərbaycan və Monteneqro bayraqları dalğalandırılıb. Tədbirin gedişində Monteneqronun dövlət televiziya və radiosuna Azərbaycanın Respublika günü barədə müsahibə verilib.

Eyni zamanda, Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Monteneqro və Bosniya xəbər saytlarında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 103-cü ildönümündən bəhs edən məqalələr də yayımlanıb.

Bojidar Proroçiçin qələmə aldığı məqalələrdə bildirilib ki, 28 may tarixində Azərbaycanda Respublika günü qeyd edilir. AXC-nin yaranma tarixi, fəaliyyəti, ictimai-siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə ətraflı məlumat verilib. 1991-ci ildə xalqımızın dövlət müstəqilliyini yenidən bərqərar etdiyi, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkələrdən birinə çevrildiyi, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu nəzərə çatdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR