Logo

Sahil Babayev nazir həmkarına qida ilə bağlı çağırış etdi - VİDEO

Sahil Babayev nazir həmkarına qida ilə bağlı çağırış etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müraciəti ilə başlayan kampaniyaya əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qoşularaq qida təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.

Sfera.az xəbər verir ki, nazir müasir dünyada qida təhlükəsizliyinin sağlam həyat tərzinin və sosial rifahın əsası olduğunu bildirib.

S.Babayev bu səbəbdən hər kəsi bu vacib məsələyə öz töhfəsini verməyə çağırıb: "Unutmayaq ki, qida təhlükəsizliyi hamının işidir”.

Nazir çıxışının sonunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qida təhlükəsizliyi ilə bağlı kampaniyada iştiraka dəvət edib.

Qeyd edək ki,ümumdünya Qida Təhlükəsizliyi Günü "Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR