Logo

Azərbaycana səfər qaydaları yumşaldıla bilər - Deputat AÇIQLADI

Azərbaycana səfər qaydaları yumşaldıla bilər - Deputat AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq, Azərbaycanda ölkəmizə səfər ilə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədəuyğun olardı”.

Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki,  pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub:

"Mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.

Bu baxımdan yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilməsi yaxşı olardı”.

Millət vəkilinin sözlərinə görə, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir və son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu, bəzi hallarda çətinlik yaradır:

"Buna görə də bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

Günay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR