Ərdoğan Azərbaycanda "İlin adamı" seçildi - FOTO
Azərbaycanda nəşr olunan “Beynəlxalq İçtimai-Siyasi, Tarixi Şəxsiyyətlər” jurnalinin idarə heyəti Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Taib Ərdoğanı siyasi liderlər nominasiyası üzrə “İlin adamı” elan edib. Jurnaldan Qaynar.info-ya verilən məlumçata görə, Rəcəb Taib Ərdogan bu ada 2015-ci ildə keçirilinən parlament seçkilərində rəhbərlik etdiyi partiyanin həlledici qələbəsinə görə, eyni zamanda Yaxın Şərq böhranı proseslərində oynadığı çevik fəaliyyətinə görə layiq görülüb. "Türkiyə siyasi tarixində 12 il müddətində baş nazir olaraq öz milləti, dövləti üçün əlindən gələni əsirgəməyən Ərdoğanın Türkiyənin maddi rifahının, xalqın milli mənəviyyatının yüksəldilməsində çox böyük xidmətləri var. İlk illərində həm ölkədaxili, həm də xarici əlaqələri ilə tanınan baş nazir sonrakı illərdə daha çətin məsələlərlə, mühitlə qarşılaşmasına baxmayaraq öz qüdrətini itirmədi. Xalqın dəstəyi daim onun yanında, onun qüdrəti isə daim xalqın milli və mədəni mənəviyyatının qorunması yolunda addımlayır. 12 il əvvəl baş nazir seçildiyi kimi məhz builki seçkilərdə də yenə xalq öz millətinin yenilməz oğlunu Prezident seçdi. Bu həm dövlət, həm də millət üçün qazanılmış ən böyük ərməğan idi". - deyə jurnalın yaydığı məlumatda deyilir.






