Logo

FHN 7 nəfəri xilas etdi

FHN 7 nəfəri xilas etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Sfera.az FHN-ə istinadən xəbər verir.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə ötən sutka ərzində 6 nəfər, o cümlədən "VAZ” markalı iki minik avtomobilinin Şabran rayonu, Taxtalar kəndində toqquşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR