Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 889 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 208 074, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 313 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 894 710 təşkil edir.






