Logo

MN Respublika Günü ilə bağlı tədbir keçirdi - VİDEO

MN Respublika Günü ilə bağlı tədbir keçirdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

28 May - Respublika Günü münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışılıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyi xüsusi vurğulanıb.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR