Deputat bu icra hakimiyyətinə təşəkkür etdi
"Bu gündən etibarən sakinlərimizin çoxsaylı müraciətləri əsasında dairəmizin 12 həyəti, 6 dalanı və 2 keçidində asfalt örtüyünün yenilənməsinə start veririk".
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyev rəsmi Facebook səhifəsində qeyd edib.
Millət vəkilinin sözlərinə görə, proses 3 mərhələdə həyata keçiriləcək və Bayır şəhərin (Sovetskinin) bir neçə küçəsini əhatə edəcək.
"Göstərdikləri dəstək və köməyə görə Yasamal Rayon İcra Hakimiyyətinə və sosial tərəfdaşlarımıza təşəkkür edirik. Qoy bu aksiya seçicilərimizə bizdən Respublika Gününə bir ərməğan olsun!
Yeri gəlmişkən, start verdiyimiz bir neçə iri layihələrimizin icrası davam edir. Hər birini sona çatdırmaq əzmimiz və iradəmiz hədsizdir. Biz danışmağı deyil, işləməyi sevirik. Ona görə də yolumuza davam edirik. Birlikdə güclüyük"!






