Logo

BNA xəbər saytlarına müraciət etdi: İnformasiyaları dəqiqləşdirin

BNA xəbər saytlarına müraciət etdi: İnformasiyaları dəqiqləşdirin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

27.05.2021-ci il tarixində bəzi informasiya saytlarında "Bakıda avtobus qəzası-Ölən var” başlıqlı yazı dərc edilib. Məlumat üçün bildiririk ki, məlum hadisə bir il əvvəl 23.07.2020-ci il tarixində baş verib.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Agentlikdən bildirlib ki, bu kimi xəbərlərin insanlar arasında həyacana səbəb olduğunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik.

Bu eyni zamanda nəqliyyat sistemində tətbiq edilən yeniliklər zamanı məqsədli şəkildə əsassız və qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması baxımından da vacibdir.

Ümid edirik ki, KİV-nin təmsilçisi olan dostlarımıza çağırışımıza anlayışla yanaşacaq, məlumatlandırma və maarifləndirmə işinə daha faydalı dəstək olacaqlar.

BNA xəbər saytlarına müraciət etdi: İnformasiyaları dəqiqləşdirin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR