Logo

Ermənistan Müdafiə Nazirliyi 6 hərbçinin saxlanıldığını təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyi 6 hərbçinin saxlanıldığını təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfdə təxribat törətməyə cəhd edən 6 erməni diversantının saxlanılmasını təsdiqləyib.

Sfera.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatda mayın 27-si səhər saatlarında sərhədyanı bölgədə erməni hərbçilərin guya "mühəndis işləri” apardıqları bildirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda isə qeyd edilib ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən altı erməni terrorçusu ələ keçirilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR