Yol polisi "Formula 1" ilə əlaqədar sürücülərə müraciət etdi

Yol polisi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.

Sfera.az-ın xəbərinə görə, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla "Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

O deyib ki, qeyd edilən küçələr istiqamətində yarış ərəfəsində tərəfimizdən həyata keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi vacib şərtdir:
"Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Mirzə Fətəli Axundov adına park və onun ətrafı olan küçələr, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri - 31 may tarixindən iyunun 8-dək bu istiqamətlər üzrə hərəkətdə olan avtomobil sürücülərinə müraciət edirik ki, istiqamətin dəyişdirilməsini nəzərə alsınlar. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər".


OXŞAR XƏBƏRLƏR

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərdə boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...

Məşhur şirkətdən Cümşüdlə bağlı PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.   Sfera...

Ombudsman Rusiyaya müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Rusiya Federasiyasında baş vermiş azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı Rusiya Ombudsman...

Qaraciyər xəstəliyini erkən aşkar edən süni intellekt hazırlandı

Osaka Universitetinin alimləri qaraciyərdə piy yığılmasını, yəni yağlı qaraciyər xəstəliyini erkən mərhələdə aşkar edə bilən süni intellekt sistemi hazırlayıbla...