“Suqovuşan” yarımstansiyasının inşası yekunlaşdı

“Suqovuşan” yarımstansiyasının inşası yekunlaşdı
Bu gün "Azərişıq" ASC azad olunmuş Suqovuşana mediatur təşkil edib.

Sfera.az xəbər verir ki, işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və qəsəbə elektik enerjisi təchiz olunub.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib ki, təmsil etdiyini qurum işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir. "Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət "Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb.

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izoliyasiyalı kabellə çəkilib.

Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən bir neçə xüsusiyyətlərin üstünlüyə malikdir.

İlk olaraq demək lazımdır ki, bu xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə və sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə azaltmağa imkan verir.

Bundan əlavə istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərcləri 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir".

Ümumilikdə, Suqovuşan elektrik Veriliş Xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.
Tərtər rayonu, Suqovuşan və Talış kəndlərinin elektrik təchizatı üçün "Azərişıq” ASC tərəfindən 35 kV-luq 2,5 MVA gücündə "Suqovuşan” yarımstansiyası inşa edilib. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kV-luq "Tərtər” yarımstansiyasından 29 km məsafədə özünüdaşıyan izolyasiyalı kabeldən ibarət xət çəkilmişdir. Yarımstansiyanın 10 kV-luq tərəfində 12 ədəd 10 kV-luq yuva quraşdırılmış, yarımstansiya mövcud 10 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib.

Gələcəkdə yarımstansiyada 2-ci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hal-hazırda, yarımstansiyadan hərbi hissə elektirk enerjisi ilə təmin olunur.

Suqovuşan kəndinin daxili şəbəsində isə 0,4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilmişdir. Artıq Qəsəbə elektrik enerjisi ilə təmin olunub.

OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...