"Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı təcili ləğv edilməlidir"

"Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə sosial zərər yaradır”.
 
Sfera.az-ın məlumatına görə, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, bu qərar yoluxmanın qarşısını almır:

"Taksilərdə 4 nəfər olur və avtobusdan fərqli olaraq, bir-birinə daha yaxın məsafədə otururlar. Gediş haqqı baha başa gəlir. Taksilərdə avtobuslardan (30 qəpik) fərqli olaraq, 3 dəfədən çox gediş haqqı ödəməli olursan. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir.
Şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə "1 manatlıq" taksilər hesabına tıxac yaradır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə, 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır”.

Ekspert qeyd edib ki, nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir:

"Şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur. Həmin vəsait faktiki olaraq vergidən kənarda qalır. Eyni məsələni rayonlararası nəqliyyatın işləməməsi məsələsinə də şamil etmək olar. Böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir. Ümid edirəm bu əsaslandırmalar qərarı ləğv etmək üçün Operativ Qərargah üçün qanedici olacaq”.

Günay
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərdə boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...

Məşhur şirkətdən Cümşüdlə bağlı PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.   Sfera...

Ombudsman Rusiyaya müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Rusiya Federasiyasında baş vermiş azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı Rusiya Ombudsman...