Bakıda tıxacın artmasına səbəb nədir? - BNA AÇIQLADI

Bakıda tıxacın artmasına səbəb nədir? - BNA AÇIQLADI
"Son günlər Bakıda tıxacın artmasının bir sıra səbəbləri var”.
 
Sfera.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin Təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, son dövrlərdə ümumiyyətlə dünyada böyük şəhərlərin yollarında sıxlıqlar artıb: "Bunun da əsas səbəbi olaraq pandemiya göstərilir. Çünki pandemiya zamanı biz özümüz də çağırış edirdik ki, mümkün qədər ictimai nəqliyyatdan az istifadə edilsin. Lakin pandemiyadan əvvəl vəziyyət tam fərqli idi. Belə ki, pandemiyadan əvvəl biz insanları ictimai nəqliyyatdan istifadəyə çağırırdıq. Məqsəd şəxsi avtomobillərdən daha az istifadəyə nail olmaq və sıxlığa təsir etmək idi. Ancaq pandemiya məcburi dəyişikliyə yol açdı”.

T.Səfərov deyib ki, bu ilin fevral ayında ötən illin müvafiq dövrü ilə müqayisədə minik avttomobillə səyahətlərin sayı 15 % artıb: "Bu da dolmuş Bakı küçələrində tıxacların yaranmasına səbəb olur. Eyni zamanda, bu gün Bakının ictimai nəqliyyatının böyük hissəsini təşkil edən metro fəaliyyət göstərmir. Metroda gün ərzində 600 mindən çox insan daşınırdı. 600 min səyahətin hamısı ictimai nəqliyyatla həyata keçirilmir. İnsanlar taksiyə üz tuturlar, şəxsi minik avtomobillərindən istifadə edirlər. İnsanlar az büdcə ilə minik avtomobillərinə üz tutmağa çalışırlar. Bu kimi səyahətlər sıxlıqların yaranmasına səbəb olur. Həmçinin, qəzalar da sıxlığa səbəb olur. Bakıda gün ərzində 10-dan çox yol qəzası olur. Yol nəqliyyat hadisələri, sürücülərin səriştəsizliyi, nasas avtomobillər sıxlığa səbəb olur”.

OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...