Sedat Pekerin harada qaldığı və videoları kimin çəkdiyi bəlli oldu - FOTOLAR

Sedat Pekerin harada qaldığı və videoları kimin çəkdiyi bəlli oldu - FOTOLAR
Bu yaxınlarda "Youtube"da yayımladığı videolarda iddiaları ilə Türkiyənin gündəmində olan kriminal avtoritet Sedat Pekerin Dubayda qaldığı hotel yeri məlum olub.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pekerin qaldığı məkanı üzə çıxaran detal isə çəkiliş zamanı görüntülərdə olan bambuk ağacları olub.

Dubaydakı 4 ulduzlu həmin hotelin bir gecəlik qiymətinin yerli valyuta ilə 186 manatdan 234 manata qədər olduğu öyrənilib.

"Roda Beach Resort" adlı villa tipli evləri olan bir hoteldə qaldığı deyilən Pekerin ünvanını dəyişdirib-dəyişdirmədiyi məlum deyil.

Bunadan əlavə, Sedat Pekerin "Youtube" hesabında yayımladığı videoların kim tərəfindən çəkildiyi də məlum olub. Türkiyə mətbuatı yazır ki, Sedat Pekerin yayımladığı videoda masadan düşən üzüyü götürüb yenidən masaya qoyan şəxsin onun böyük oğlu Celalhan Peker olduğu öyrənilib.

Xatırladaq ki, 48 yaşlı iş adamı Sakaryada anadan olsa da, uzun müddət Almaniyada yaşayıb. 2008-ci ildə Özge Yılmazla evlənən Sedat Pekerin 4 övladı (2 oğlu və bir qızı ) var.

Ölkə.Az

OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...