Logo

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülübülün yeni heykəli ucaldılacaq.

Bunu rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.

O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülübülün abidəsi olub: "Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".

A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib: "Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”. // "Report"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR