Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz alıb - VİDEO

Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz alıb - VİDEO
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə reyd keçirilib.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, tədbir zamanı əvvəlcə atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün şəhər ərazisində avtomobillər yol polisləri tərəfindən yeni xidməti istifadəyə verilən xüsusi elektron cihazla yoxlanılıb.

Atmosferə nomadan artıq dəm qazı buraxan nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb.

Yol polislərinin xidməti istifadəsinə verilən yeni elektron cihaz vasitəsi ilə istismar müddəti 1987-ci ildən başlayaraq 2021-ci ilə qədər olan mühərriki benzin, dizel yanacağı və qazla işləyən bütün növ nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazının miqdarını ölçmək mümkündür.

Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan qeyd edilən nəqliyyat vasitələrini idarə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər barələrində müvafiq tədbirlər görülüb.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...