Logo

Gürcüstanda Azərbaycan sərhədinədək yol bərpa olunur

Gürcüstanda Azərbaycan sərhədinədək yol bərpa olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanda Saqareco-Udabno-David Qareci avtomobil yolunun 15 kilometrlik hissəsində layihələndirmə və bərpa işləri aparılır.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Azərbaycan sərhədinə qədər yol Kaxeti bölgəsinin Saqareco bələdiyyəsi ərazisində yerləşir.

Yolun yenidən qurulması həm yerli sakinlərin rahatlığı, həm də turizm baxımından vacib əhəmiyyət kəsb edir. Layihə çərçivəsində dağılmış yol hissəsi tam bərpa olunacaq, asfalt-beton örtüyü döşənəcək və yol nişanları quraşdırılacaq.

Dövlət büdcəsindən 6,4 milyon lari vəsaitin ayrıldığı layihə üzrə işlər bu ilin yayında başa çatdırılacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR